Accessibility links

ABŞ hökuməti Katrinanın ziyanlarının öhdəsindən gələ bilməyəcək


Vaşinqton Post qəzetinin bugünkü nömrəsində yazılıb ki, Katrina qasırğasından ziyan çəkənlərə göstərilən 3 milyard dollarlıq yadımın əksər hissəsi artıq xərclənib. Qəzet rəsmilər və xeyriyyəçi qrupların uzunmüddətli yardımlara vəsait qalmadığından narahat olduqlarını yazır. Burada deyilir ki, xeyriyyə yardımlarının üçdə iki hissəsindən nağd pul, ərzaq, tibbi və digər ləvazımat şəklində artıq istifadə olunub. Hökumətin 200 milyonluq yardım fondu isə infrastrukturun bərpası üçün nəzərdə tutulur. Ağ Ev nümayəndəsinə istinad edən Vaşiqnton Post yazıb ki, hökumət regionun ehtiyaclarını qarşılaya bilməyəcək.
XS
SM
MD
LG