Accessibility links

Amerika əsgərlərinin məhkəməsi təxirə salındı


İspaniya məhkəməsi 2003-cü ildə İraqda İspan jurnalistinin qətli ilə əlaqədar üç Birləşmiş Ştatlar əsgərinin məhkəməsini təxirə salıb. Məhkəmə jurnalistin qətlinin düşmənə qarşı müharibədə səhvən baş verdiyini qərara alıb. Xatırladaq ki, İspanyanın Telecino televiziya kanalının jurnalisti Xoze Kouso 2003-cü ilin aprel ayında Bağdadda, onun yaşadığı Fələstin otelinə tankdan atılan atəş nəticəsində qətlə yetirilmişdi. Bu hadisə zamanı Reyter Xəbərlər Agentliyinin operatoru, ukraynalı Taras Portsyuk da həyatını dəyişdi.
XS
SM
MD
LG