Accessibility links

Vyetnam müharibəsindən alınan dərslərdən nəticə çıxarılırmı?


Vyetnam müharibəsi dövrünün qanunverciləri və tarixçilər ötən həftə sonu yığıncaq keçirib, Amerikanın Cənubi Asiyanın işğalının nailiyyətsizliyi və onun nəticələrinin bu günün İraq müharibəsinə təsirəri mövzüsunda müzakirələr keçiriblər.

Boston şəhərinin Con F Kennedi adına prezident kitabxanasında təşkil edilən konfras iştirakçıları arasında Ağ Evin keçmiş müşaviri və dövlət katibi Aleksandr Haig, Lindon Consonun yardımçısı Cek Valenti, senator Çak Heygel və video-telefon vasitəsi ilə sabiq prezident Cimmi Karter olmuşdur.

Konfransın ən mübahisəli iştirakçısı isə keçmiş dövlət katibi Henri Kissincer idi. 82 yaşlı siyasətçi deyib ki, Amerikada ictimai vahidlik mövcud olsaydı, Vyetnam müharibəsində qələbə əldə etmək olardı.

Vyetnam müharibəsi 3 milyon vyetnamlı, 58 min amerikalının həyatı bahasına başa gəlmişdi. Bir çox ekspertlər Vyetnam müharibəsini Amerikanın siyasət tarixində ən böyük səhvlərindən biri adlandırır.

Henri Kissincer prezident Niksonun müharibə vaxtı qonşu Kambodcanı bombalamasını müdafiə edərək deyib ki, Amerika Paris Sülh Sazişindən sonra dxaili Votergeyt böhranı baş verməsəydi müharibəni davam etdirə bilərdi. Henri Kissincer həmin vaxt hökumətdəki rolu ilə bağlı təəssüf hissi keçirmədiyini bildirib.

Sayqon süqutundan 30 il keçsə də, müharibəyə dair suallar hələ də debatlar mövzusudur. 50-60-cı illərin domino siyasətinə inamları tənqid edən Cek Valenti bildirib ki, Vyetnamda kommunizm rejiminin qurulması ilə bütöv Asiyada kommuniszmin kök salacağı ideyası əsassız mifologiya idi. Bir milyondan artıq əsgəri qüvvə göndərməklə Vyetnam müharibəsinə vüsət verən Lindon Consonun hakimiyyəti altında işləyən Cənab Valenti pis nəticələr verən hərbi müdaxilələr bardə xəbərdarlıq vermişdir.

Konfransada səslənən fikirlər Vyetnam müharibəsinin Amerikanın İraqda başçılıq etdiyi müharibəyə təsirləri ətrafında mübahisələri daha da qızışdırmışdı. Vyetnam müharibəsi veteranı, 2008-ci il prezident seçkilərinə namizəd respublikaçı senator Çak Hygel sabiq prezident Karterin fikirlərini dəstkləyərək, bildirib ki, heç bir ölkə aydın, bəraət qazandırıla biləcək, əsaslı etirazı olmadan müharibəyə başlaya bilməz.

XS
SM
MD
LG