Accessibility links

Şiə ruhanisi Möqtəda Əl Sədr sakitliyə çağırır


İraqın radikal şıə ruhanisi Möqtəda Əl-Sədr sakitliyiə çağıraraq deyib ki, o öz militantlarına və dünən bir neçə bomba partlayışına görə ittiham edilən sünnü Əl-Qaida militantlarına cavab atəşi barədə qöstəriş verməyəcək. Əl-Sədr bu qün təşkil edilən mətbuat konfransında deyib ki, sünnü radikallarına qarşı cavab tədbirləri İraqı vətəndaş müharibəsinə sürükləyə bilər.

Bağdadın Sədr rayonunda bir neçə bomba partlayışı nəticəsində ən azı 46 nəfərin öldürüldüyü və 200 nəfərin yaralandığı bildirilir. Hücumlar şıə müsəlmanların qisas istəyi barədə qorxuları artırmışdır. Xatırladaq ki, dini zəmində zorakılıqlar bir neçə həftə bundan əvvəl şıə müsəlmanlarının məsçidində baş vermiş bomba partlayışından sonra başlamışdır.

XS
SM
MD
LG