Accessibility links

Fələstin məhbusların geri qaytarılmasını tələb edir


Fələstin lideri Mahmud Abbas Amerika və Britaniyadan İsrailin həbsxana reydi nəticəsində ələ keçirdiyi 6 militantın geri qaytarılmasına təzyiq göstərməsini istəyib. Fələstin müzakirəçisi Saeb Erekat bildirib ki, Yerixon həbsxanasına hücum Fələstin muxtariyyəti və prezident Mahmud Abbasa qarşı hücum kimi qiymətləndirilir. Xatırladaq ki, İsrail tərəfindən ələ keçirilən məhbsulara 2001-ci ildə İsrailin turizm naziri Rehavan Zevinin qətlində ittiham edilən Əhməd Səadət də daxildir.
XS
SM
MD
LG