Accessibility links

ABŞ rəsmiləri İraqa müdaxiləni müdafiə edirlər



" hspace=2 src="/azerbaijani/images/AP_iraq_iraqi_soldiers_file_18mar06_eng_195.jpg" width=210 align=left vspace=2 border=0>Birləşmiş Ştatların başçılığı ilə İraqa müdaxilənin üçüncü ildönümü ABŞ-ın yüksək səviyyəli hərbi nümayəndəsi general Corc Keysi son üç ildə koalisiya qüvvələrinin və iraqlıların böyük nailiyyətlər əldə etdiyini demişdir. İraq müharibəsinin başlamasının üçüncü ildönümü münasibətilə Fox televiziyasına müsahibəsi zamanı general təriqət zəminində zorakıqların baş verdiyini etiraf etsə də, İraqın siyasi liderlərinin milli birlik əsasında sabit hökumət yaradacağını gözlədiyini bildirmişdir. CBS televiziyasına müsahibə verən ABŞ-ın vitse-prezidenti Dik Çeyni İraqın lidelərindən razılığını bildirirək demişdir ki, onlar indiyə qədər siyasi baxımdan bütün möhlətləri yerinə yetirə bilmişlər. Bununla belə, demokrat konqresmen Con Mörta İraqda artıq vətəndaş müharibəsinin getdiyini və ABŞ hərbi qüvvələrinin ölkədən çıxarılmalı olduğunu demişdir.
XS
SM
MD
LG