Accessibility links

Bağdadın Müseyyib qəsəbəsinin məscidi yaxınlığında bomba partladılıb


İraq polisi bildirir ki, Bağdadın cənubundakı Müseyyib qəsəbəsi məscidinin yaxınlığında maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində azı 6 nəfər həlak olub, 14 nəfər isə bədən xəsarəti alıb. Müseyyib qəsəbəsinin əsas sakinləri şiələrdir. Bu hücum Bağdadın iki şiə məscidinin yaxınlığında ayrı-ayrılıqda edilən və 79 nəfərin ölümünə səbəb olan intiharçı hücumlardan bir gün sonraya təsadüf edir. Bu məscidlər şiələrin siyası partiyası olan İraq İslam İnqilabi Ali Şurası ilə əlaqəlidirlər.

Birləşmiş Ştatlar rəsmiləri cümə günü baş verən intiharçı hücumlarından sonra bütün fraksiyaları təmkinliyə çağırıb. Dövlət Departamentinin sözçüsü Şan Mak Kormak deyib ki, məscidlərə edilən hücumların məqsədi təriqətləri biri-birindən ayırmaq və onlar arasında zorakılığı artırmaqdır.

XS
SM
MD
LG