Accessibility links

Rusiya və Avropa Birliyi Birləşmiş Ştatlara qoşularaq, İranın nüvə programını qınayıblar.


Rusiya və Almaniya İranın nüvə proqramı ilə əlaqədar inkişafların səhv istiqmətdə getdiyini bildiriblər. Fransa isə İranı təhlükəli fəaliyyətləri dayandırmağa çağırıb.

İsrailin tanınmış siyasətçisi Şimon Peres İranın bəyanatının narahatlıq doğurduğunu deyərək, nüvə proqramı ilə əlaqədar qərblə yaranmış qarşıduramanın həllinin ən yaxşı yolunun diplomatik yol olduğunu bildirib.
İranın uranın zənginləşdirilməsi sahəsində tərəqqi əldə etdiyinə dair bəyanatı BMT-nin Təhlükəsizlik Şurasının bütün nüvə fəaliyyətlərini dayandırması üçün Tehrana verdiyi 30 günlük müddətin yarısının bitdiyi bir vaxta təsadüf edir.

Beynəlxalq Atom Enejisi Agentliyinin direktoru Məhəmməd Əl-Baradei bu mübahisəli məsələni İranın rəsmilərilə müzakirə etmək məqsədilə bu gün Tehrana səfər edib. O, BMT-nin İrana verdiyi möhlət aprelin 28-də bitdikdən sonra Təhlükəsizlik Şurasına hesabat verəcək.
Dünən Birləşmiş Ştatlar Tehranı bir daha nüvə fəaliyyətini dayandırmağa və beynəlxalq ictimaiyyətin istəyinə əməl etməyə çağırıb.
Bu arada İranın nüvə sahəsi üzrə rəisinin müavini Məhəmməd Səid deyir ki, ölkəsi əsas nüvə reaktorlarını yanacaqla təmin etmək və 54 min sentrifuqadan istifadə etmək üçün çox uzun bir plana malikdir. O, bildirib ki, bu gün nəhayət ölkənin mərkəzindəki Nətənz nüvə stansiyasında min meqavat gücündə reaktor üçün lazımı yanacaq istehsal etmək məqsədilə sentrifuqalardan istifadə edilə bilər. Onun bu izahatı beynəlxalq ictimaiyyətin İranın uranın zənginləşdirilməsi üçün 164 sentrifuqaya malik olduğu barədə verdiyi bəyanatından narahat olduğu vaxta təsadüf edib.

XS
SM
MD
LG