Accessibility links

Almaniya kansleri ABŞ-da rəsmi səfərdədir


ABŞ prezidenti Corc Buş və Almaniya kansleri Angela Merkel Ağ Ev görüşləri zamanı İrana qarşı BMT-nin təhlükəszlik şurasının mümkün sanksiyaları və Trans-Atlantik əlaqələr kimi məsələləri müzakirə ediblər. Görüş xanım Merkelin Rusiya prezidenti Valdimir Putinlə müzakirələrindən sonra keçirilir. Xatırladaq ki, Rusiya və Çin İrana qarşı iqtisadi sanksiyaların əleyhinədir.

ABŞ prezidenti bildirib ki, onun hökuməti və müttəfiqlər İranın nüvə silahı istehsalından çəkindirmək üçün çox vaxt sərf edib. Almaniya kanseleri xanım Merkel isə deyib ki, biz beynəxlaq ictimiayyətin qərarlı olduğunu və İranı nüvə proqramından çəkindirmək üçün həmrəylik nümayiş etdirməliyik. Xanım Merkel son dörd ayda ikinci dəfədir ki, Vaşinqtona səfər edir.

XS
SM
MD
LG