Accessibility links

Tacikistan sərhəddindəki postlara hücum olub


Qırğız və tacik rəsmilərinin verdiyi məlumata görə, Qırğızıstandan gələn silahlı banda Tacikistanla sərhəddə yerləşən iki posta hücum edərək 5 nəfəri öldürmüş, onların silahını və bir maşını oğurlamışdır.

Tacikistan Daxili İşlər Nazirliyi bildirir ki, 6 nəfər səhər erkən sərhədi keçərək tacik postuna hücum etmiş və orada 2 əsgəri qətlə yetirmişlər. Qrup 16 avtomat silah və bir pulemyot götürərək Qırğızıstana qayıtmışdır. Qayıdarkən yolda onlar Mersedes markalı maşın oğurlayaraq onun sürücüsünü öldürmüşlər. Sonradan onlar Qırğızıstan sərhəçilərilə toqquşaraq 2 qırğız əsgərini öldürmüş və onların silahlarını götürmüşlər. Rəsmilərin dediyinə görə iki Mərkəzi Asiya ölkəsinin hərbi qüvvələri yaraqlıların ələ keçirilməsi üçün hazırda əməliyyat aparır.

XS
SM
MD
LG