Accessibility links

ABŞ prezidentinin yeni təklifləri açıqlandı


ABŞ prezidenti Corc Buş Amerikanın cənub sərhədlərinin möhkəmləndirilməsi səyərini artırıb. Eyni zamanda prezident Buş Konreqsin mühacirət islahtlarına dəstəyini əldə etməyə çalışır. Corc Buş sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün əlavə vəsait və əlavə qüvvəyə ehtiyac olduğunu deyib. Konresdə təşkil edilən mühacirət debatları yeni mərhələyə daxil olduğu bir vaxt ABŞ prezidenti Corc Buş dünən axşam Amerika xalqına etdiyi müraciətində qeyri-qanuni mühacirət axınının qarşısının aalınması üçün yeni təkliflər irəli sürüb. Milli televizya ilə etdiyi çıxışı zamanı prezident Buş sərhədlərin təhlükəsizliyinin təmin edilməsi işində artıq inkişaf əldə edildiyini bildirib. O, bu inkişafları tərrəqqi adlandırsa da, bunun kifayət etmədiyini deyib. Prezident Buş 2008-ci ilin sonunadək sərhəd bölgələrinə 6000 patruldan ibarət əlavə qüvvə yerləşdirilməsi planını açılayıb. Bu isə sərhəd boyu xidmətdə olan qüvvədən təqribən iki dəfə artıqdır. Corc Buş deyib ki, gələn bir neçə il, xidmətə yeni cəlb edilənlərin təlimlərdən keçirildiyi müddət ərzində Milli Qvardiya sərhəd keşişrkçilərinə yardım edəcək. Qeyd edək ki, dövlət səviyyəsində təsis edilən Milli Qvardiya üzvləri yarım-ştat xidmət göstərir və onlara ehtiyac duyulduqda müraciət edilir ABŞ şrezidenti deyib ki, Milli Qvardiya sərhədlərin mühafizəsi deyil, yardım işlərini həyata keçirəcək. Qeyd edək ki, ABŞ Senatında hazırda 12 milyona yaxın qeyri-qanuni mühacirlərlə nə edilməsi məsələsi gündəmə çıxarılıb. Onlar son nəhayətdə vətəndaşlıq əldə etmələri üçün cərimə ödəməli, ingilis dilini öyrənməli və Amerika ictimaiyyəti arasında dərin kök salmalıdırlar. Konres və adi amerikalılar arasında məsələ ilə əlqədar parçalanma mövcuddur.
XS
SM
MD
LG