Accessibility links

Zəlzələ qurbanlarının sayı artır


İndoneziya rəsmiləri şənbə qünü baş vermiş zəlzələ nəticəsində ölənlərin sayının 5400 nəfərə çatdığını bildirmişdir. Regionda vulkan püşkürməsi etimalı xilasetmə əməliyyatlarının əhəmiyyətini daha da yüksəltmişdir. Zəlzələ nəticəsində dağıdılmış Yoqyokarta şəhərinin hava limanına uçuşların bərpasından sonra onlarla təyyarə Yavaya beynəlxalq yardımlar qətirib. Adada ərzaq və içməli su qıtlığı yaranıb. Dünya Ərzaq Proqramının təxminlərinə qörə, ən azı 100 000 insan yardımlardan asılıdır. İndoneziya prezidenti Susilo Bambanq Yudxoyno xilasetmə əməliyyatlarına nəzarət məqsədi ilə zəlzələ baş verən reqiona səfər edib və bərpa işləri üçün 100 milyon dollar məbləğində vəsait ayırıb.
XS
SM
MD
LG