Accessibility links

Donald Ramsfeldin Vyetnama səfəri davam edir


Keçmiş düşməni ilə hərbi əlaqələrin genişləndirilməsi məqsədi ilə Vyetnama səfər edən Birləşmiş Ştatların müdafiə naziri Donald Ramsfeld Vyetnamın yüksək səviyyəli kommunist liderləri ilə görüşüb. Bu onun terrorizm və regional təhlükəsizlik barədə danışıqlar aparmaq üçün bir neçə Asiya dövlətinə səfərinin dördüncü dayanacağıdır.

Birləşmiş Ştatların müdafiə naziri Ramsfeld və onun vyetnamlı həmkarı Pham Van Tra Vyaetman müharibəsi zamanı hər iki ölkənin itkin düşmüş əsgərlərinin axtarılması barədə razılığa gəlmiş, ölkələr arasında tibbi təlim proqramları və hərbi sahədə görüşlərin artırılmasını dəstəkləmişlər.

Cənab Ramsfeld dünən müxbirlərlə görüşü zamanı bu əlaqələrin on illər bundan əvvəl baş vermiş Vyetnam müharibəsindən sonrakı soyuq münasibətlərə istilik gətirəcəyini deyib.

Qeyd edək 11 il əvvəl diplomatik əlaqələrin bərpasından sonra bu, Amerikanın müdafiə nazirinin Vyentama ikinci səfəridir. Ölkələr ararsında artmaqda olan iqtisadi əlaqələr münasibətlərə müsbət təsirini göstərir. Hazırda Vyetnamla ABŞ arasındakı ticarət dövriyyəsi 6 milyard dollar təşkil edir. Sabah ABŞ müdafiə naziri Donald Ramsfeld terrorizmlə bağlı danışıqlar məqsədi ilə İndoneziyaya yola düşəcək.

XS
SM
MD
LG