Accessibility links

Rusiyanın xarici işlər naziri NATO-nun genişlənməsini təhlükə sayır


Rusiyanın xarici işlər naziri Ukrayna və Gürcüstanın arzuladığı NATO üzvlüyünün keçmiş Sovet İttifaqı ərazisində çox böyük geosiyasi dəyişikliyə gətirib çıxaracağını deyir.

Bu səhər Dumanın aşağı palatasında çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun rus sərhədlərinə yaxınlaşmasının Moskvadan öz maraqlarını müdafiə etmək üçün lazımi tədbirlər tələb etdiyini deyib. Lavrovun nitqindən bir az əvvəl Duma yekdilliklə Kiyevin NATO üzvlüyu ilə bağlı məqsədlərindən dolayı ciddi narahatlğı izhar edən müraciət qəbul edib.

Lavrov ABŞ-ın strategiyasını tənqid edərək Ukrayna və Gürcüstana xəbərdarlıq ünvanlayıb. O həmçinin deyib ki, ABŞ-ın Polşa və Çex Respublikasında azçaplı nüvə silahını yerləşdirmək barədə élan etdiyi planlar regiondakı stabilliyi poza və hərbi cavab ehtimalını artıra bilər.

XS
SM
MD
LG