Accessibility links

Koalisiya qüvvələri Taliban döyüşçülərinə qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb


Əfqanıstanda Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələri ölkənin cənub bölgəsində Taliban döyüşçülərinə qarşı hərbi əməliyyata başlayıb. Bu, 2001-ci ildə Taliban rejimi devrildikdən bəri onlara qarşı həyata keçirilən ən böyük hərbi əməliyyatdır. Rəsmilər bildirirlər ki, əməliyyatda Amerika, Britaniya, Kanada və Əfqanıstan hərbi qüvvələrinin 2 min əsgəri iştirak edir.

ABŞ hərbi qüvvələrinin sözçüsü, palkovnik Tom Kollins Kabildə müxbirlərə deyib ki, koalisiya və Əfqanıstanın milli təhlükəsizlik qüvvələri gələn ay ərzində “Dağ zərbəsi” əməliyyatını həyata keçirəcəklər. Əməliyyatın məqsədi Taliban döyüşçülərini Helnmənd, Uruzgan, Zabul və Qəndəhar vilayətlərindəki sığınacaq məntəqələrindən məhrum etməkdir.

Rəsmilər bildirirlər ki, əməliyyat keçən ay başlayıb, lakin gələn bir neçə gün ərzində onun miqyasının genişlənəcəyi gözlənilir. Bu əməliyyat həmçinin ölkədə yenidənqurma işlərinə yardım baxımından mühüm rol oynayacaq.

XS
SM
MD
LG