Accessibility links

Kamikadze hücümünda intiharçıdan başqa ölən olmayıb


Əfqanistan rəsmiləri bildiriblər ki, koalisiya qüvvələrinin maşın karvanına qarşı həyata keçirilən intiharçı hücum zamanı iki uşaq yaralanıb. Polisin bildirdiyinə görə, Bəqram Hava limanı yaxınlığında maşında yerləşdirilmiş bomba partlayışına görə məsuliyyəti Taliban öz üzərinə götürüb. Hadisə nəticəsində əsgərlərdən xəsarət alan olmayıb ancaq intiharçı həyatını itirib. Dünən Əfqanistanın şərgindəki döyüşlərdə yaralanan koalisiya qüvvələrinin bir hərbiçisinin isə bu gün dünyasını dəyişdiyi bildirilib. Ölkənin Şimal- şərqindəki Nuristan vilayətində isə Taliban üsyançıları tərəfindən girov götürülən beş səhiyyə işçisi azadlığa buraxılıb. Son vaxtlar üsyançıların fəallaşmasına qarşı ölkənin cənubunda başlayan əməliyyatlarda on mindən çox hərbiçi iştirak edir. Həmin əməliyyatlar nəticəsində son günlərdə 100-dən çox üsyançı öldürülüb.
XS
SM
MD
LG