Accessibility links

Əfqanıstanın cənubunda döyüşlər davam edir


Birləşmiş Ştatların başçılığı altındakı koalisiya qüvvələrinin Taliban döyüşçülərinin Əfqanıstanın cənubundakı mövqelərini bombardman etmələri nəticəsində azı 8 yaraqlının öldürüldüyü bildirilir. Bu əməliyyat, Hemənd vilayətinin Səngin mahalında döyüşçülər tərəfindən iki Britaniya əsgəri və onların tərcüməçisini öldürdükdən bir neçə saat sonraya təsadüf edir.

Əməliyyatda koalisiyanın 4 əsgəri də yaralanıb. Helmənd vilayətinin rəsmisi isə bildirib ki, Əfqanıstanın hərbi qüvvələri Səngin mahalında 12 Taliban döyüşçüsünü öldürüb. Koalisiya qüvvələrində Britaniyanın 3 mindən çox əsgəri xidmət gösətir.

XS
SM
MD
LG