Accessibility links

Böyük səkkizlik İrandan rədd cavabı alıb


Rəsmi Tehran mübahisəli nüvə proqramı ətrafında yaranmış gərginliyi azaltmaq məqsədilə Qərbin həvəsləndirici təkliflər paketinə cavab üçün qolyulmuş möhlətə əməl etməkdən yenidən boyun qaçırıb. Bu günkü rədd cavabı Səkkizlər qrupunun xarici işlər nazirlərinin Tehrana təkliflər paketinə aydın və ətraflı cavab verməsi üçün son möhlət qoymasından üç gün sonraya təsadüf edir. Xarici işlər nazirliyinin sözçüsü Həmid Reza Asəfi bu gün mətbuat konfransında deyib ki, Tehran cavabı gələn ayın əvvəlinə qədər verməyəcək. O bildirib ki, İranın nüvə məsələləri üzrə danışıqlarda nümayəndəsi Əli Laricani Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Havyer Solana ilə görüşməlidir. İran rəsmilərinin bildirdiyinə görə, BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü vı Almaniya tərəfindən irəli sürülmüş təkliflərdə qeyri-müəyyən adlandırdıqları cəhətlərə aydınlıq gətirilməsi üçün onlara vaxt lazımdır.
XS
SM
MD
LG