Accessibility links

Vladimir Putin xarici qüvvələrə xəbərdarlıq edib


Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, o, xarici qüvvələrə Rusiyanın enerji siyasətini diktə etməyə və ya bu ölkənin daxili işlərinə qarışmağa imkan verməyəcək. Bu gün Sankt Peterburqda müsahibə verən cənab Putin NBC telekanlına bildirib ki, Qərbin Rusiyaya ünvanlanan tənqidi Soyuq Müharibə ruhuna və kolonialist düşüncəyə əsaslanır. Cənab Putin ABŞ vitse prezidenti Dik Çeyninin adını xüsusi vurğulayaraq, Amerika rəsmisinin Rusiyanın öz enerji resurlasından təhdid aləti kimi istifadə etməsi haqda dediklərini rədd edib. Putin cənab Çeyninin tənqidini onun bu ilin əvvəlində törətdiyi ov qəzası ilə müqayisə edib. Rusiya lideri bu həftənin sonunda Səkkizlər Qrupunun sammitinə ev sahibliyi edəcək və burada prezident Buşla görüşəcək.
XS
SM
MD
LG