Accessibility links

ABŞ Maliyyə Nazirliyi terrorizmin yeni fondlarını açıqlayıb


ABŞ-ın Maliyyə Nazirliyi Beynəlxalq İslam Yardım Təşkilatının Filippin və İndoneziya şöbələrini terrorimzin fondu adlandırıb. Beləliklə amerikalılar bu şöbələrlə heç bir maliyyə əməliyaytı həyata keçirə bilməz və bu şöbələrin Amerikadakı bütün əmlakı dondurulacaq. Maliyyə Nazirliyinin rəsmiləri Səudiyyə Ərəbistanında yerləşən bu təşkilatın yüksək vəzifəli rəsmisi Əbdal Həmid Süleyman Əl-Mucilini Əl-Qaidə terror şəbəkəsinin maliyyə toplayanı adlandırıb. Nazirliyin bildirdiyinə görə, Əl-Mucili artıq uzun müddətdir ki, islamçı qrupların himayədarı kimi tanınır.

XS
SM
MD
LG