Accessibility links

Rusiyanın Saxalin adasında zəlzələ baş verib


Rusiyanın Uzaq Şərq adası Saxalində Rixter şkalası ilə 6.1 bal şiddəti ilə zəlzələ baş verib. Rusiya xəbərlərində bildirilir ki, səhər erkən saatlarda baş verən zəlzələ səbəbi ilə minlərlə insan evlərini tərk etməli olub. Zəlzələdən sonrakı yeraltı təkanlar 7 saat sonra belə hiss edilib. Zəlzələ binalar, Saxalin kəndlərinin infrastrukturu və Kamaçatka yarımadasına ciddi ziyan vurub. Təlafat olmayıb, lakin bir adamın xəsarət aldığı bildirilir. Saxlaində su sistemi yararsız vəziyyətə düşüb.
XS
SM
MD
LG