Accessibility links

Rusiyanın Qazprom şirkəti ilə Almaniya saziş imzalayıb


Almaniyanın E-On şirkəti və Rusiyanın gaz nəhəngi Qazprom Almaniyaya 2035-ci ilə qədər təbii qazın nəql olunması barədə saziş imzalayıblar. Bu qün imzalanan müqavilə 2020-ci ilə qədər imzalanan müqavilənin vaxtını daha da uzadır.

Əlavə olunmuş müddət ərzində Qazprom E-On şirkətinə ən azı 300 milyard kub metr həcmində təbii qaz ötürəcək. Bundan əlavə şirkətlər Şimali Avropa Qaz Kəməri ilə təbii qazın nəqli barədə razılıq imzalamışlar. 2010-cu ildə istismara verilməsi planlaşdırılan kəmər Rusiyadan Almaniyaya Baltik dənizinin dibi ilə aparlıcaq. Əldə olunmuş razılığa əsasən E-On şirkəti 25 il ərzində hər il 4 milyard kub metr təbii qaz alacaq.

XS
SM
MD
LG