Accessibility links

Vaşinqtondan baxış: İranda dissidentlər təhlükədədir


"Vaşinqtondan baxış" rubrikası Amerika Birləşmiş Ştatlarının siyasətini şərh edir

Dörd ay həbsdə yatdıqdan sonra İranlı filosof və siyasətşünas Rəhmin Cahanbəgli zaminə azadlığa buraxılıb. O, xarici kəşfiyyatlarla əlaqəli olmaqda günahlandırılmışdı.

Dövlət Departamentinin sözçüsü Şon Makkormak İran ruhani rejiminin cənab Cahanbəgli ilə davranışını şərh edərkən deyib: “Əlbəttə ki, biz onun azad olunmasını alqışlayırıq. Amma ilk növbədə o, oraya düşməməli idi. Hökumət öz vətəndaşları ilə belə davranmamalıdır.”

Makkormak həmçinin İranın tələbə hərəkatının liderlərinə hökumətin münasibətini şərh edib. Birləşmiş Ştatlar İran tələbə hərəkatının məşhur lideri Əhməd Batəbinin təkrar həbsi də daxil olmaqla, bir çox fəalın həbsindən dərin narahatlıq keçirir, deyə cənab Makkormak yazılı bəyanatında bildirib.

Son zamanlar həbs olunmuş tələbə hərəkatı fəallarının arasında Əbülfəzl Cahandar, Xeyrullah Derəxşəndi və Camal Zahirpur var. “Həbs olunanların çoxu ailələri ilə təmaslardan məhrum edilib, beynəlxalq normaların pozulduğu şəraitdə saxlanılırlar.

Amnesti İnternational – Beynəlxalq Amnistiya təşkilatı da İran azərbaycanlılarının hüquqları uğrunda məşhur mübariz Əli Xodabəxşinin həbsi ilə bağlı İran hökumətinə eyni iradlar irəli sürüb. Beynəlxalq Amnistiyaya görə, cənab Xodabəxşi iyun ayında özünün İranın şimal-qərbindəki evində həbs olunub və o vaxtdan rəsmi ittiham irəli sürülmədən saxlanılır.

30 gündür ki, onu ailəsi və vəkillə təmaslardan məhrum ediblər. Onun fiziki və psixoloji işgəncələrə məruz qaldığı barədə səhih məlumatlar var.

Dövlət Departamentinin sözçüsü Şon Makkormak deyib ki, o, president Əhmədinejad hakimiyyətə gələndən bəri baş verən hadisələri nəzərdən keçirir və fərdi hüquq və azadlıqlarla bağlı vəziyyətin daha da pisləşdiyi qənaətindədir.

Cənab Makkormakın sözlərinə görə, İran rejiminin söz və toplaşma azadlığını məhdudlaşdırmaq cəhdləri İranın sülh dialoqu və debatlara açıq olduğu barədə iddalarının boş olduğunu aşkara çıxarır.

XS
SM
MD
LG