Accessibility links

Əfqanıstanda 40 Taliban yaraqlısı öldürülüb


Əfqanıstan Müdafiə Nazirliyi bildirir ki, ölkənin cənbunda NATO və Əfqan qüvvələrinni birgə apardıqları hərbi əməliyyatlar nəticəsində 40 qiyamçı məhv edilib. Nazirliyin məlumatına görə NATO-nun hava zərbələri və birgə quru əməliyyatı qiyamçıların Helmənd vilayətindəki bazalarını dağıdıb. NATO alyansı bildirir ki, onun qüvvələri bundan əvvəlki döyüşdə 23 militant öldürmüşdülər. Cümə günü helikopter zərbələri nəticəsində 15, bir gün əvvəl isə 8 Taliban yaraqlısı məhv edilmişdi. NATO və Əfqan hərbi qüvvələri arasında itkilər olmayıb.
XS
SM
MD
LG