Accessibility links

Amerika prezidenti administrasiyasının gəldiyi qənaətlə razılaşmır


ABŞ prezidenti Corc Buş öz administrasiyasının milli kəşfiyyata verdiyi qiyməti “sadəlövhlük” adlandırıb. Amerikanın kəşfiyyyat agentliklərinin İraq müharibəsi ilə bağlı hesabatında islamçı ekstremistlərin təhlükəsinin daha da artdığı deyilir. Qeyd edək ki, məxfi hesabat prezidentin sərəncamı ilə ictimaiyyətə açıqlanmışdır.

Sənəddə deyilir ki, Əl- Qaidə rəhbərliyinə ciddi zərbə endirilsə də, islamçı ekstremistlər həm say, həm də coğrafi baxımdan artmışlar. Buş və onun müşavirləri isə dünyanı müharibə daha təhlükəsiz yerə çevirib. Hesabatda 2001-ci il sentyarbın 11-i terror aksiyaları, Əfqanıstan və İraq müharibələrinin bşalanmasından sonra terror təhlükəsinin artdığı deyilir.

Prezident Buşun İraq siyasətini təndiq edən demokratlar üçün bu sənəd tapıntıdır. Miçiqan ştatından demokrat senator Karl Levin deyib ki, hesabatda göstərilənlərdən əlavə elə materiallar aşkar edilib ki, bunlar İraq müharibəsi ilə terrorizmin əlaqəsinə dair Amerika xalqının gözünü açır. Nyu-Yorkdan demokrat senator Hillari Klinton bildirib ki, hesabat Amerikanın İraqdakı siyasətinin dəyişdirilməli olduğuna sübütdur.

XS
SM
MD
LG