Accessibility links

Kondolizza Rays fələstinlilərin azad həyata layiq olduqlarını deyib


ABŞ dövlət katibi Kondolizza Rays fələstinlilərin daha yaxşı və təhqiredici işğaldan azad həyata layiq olduqlarını bildirib. Xanım Rays bunu ABŞ-ın Fələstin üzrə yaradılmasının 3-cü ildönümü münasibəti ilə təşkil edilən şam yeməyi zamanı deyib. Qeyd edək ki, bu qrup Fəlsətin dövlətinin təsisi və onun İsraillə dinc və yanaşı yaşaması ideyasını dəstəkləyir. ABŞ dövlət katibi Kondolizza Rays artıq beşinci dəfədir ki, regiona səfər edib, prezident Buşun iki dövlət ideyasının təbliğinə çalışır.
XS
SM
MD
LG