Accessibility links

Nepalda hökumətlə Maoist qiyamçılar arasında gedən sülh danışıqları nəticəsiz qalıb.


Baş nazir Qirica Prasad Koirala və qiyamçıların lideri Praçanda baş nazirin iqamətgahında görüşüblər. Bu, tərəflər arasında oktyabrın 8-dən bəri dördüncücü görüş idi. Tərəflər yenidən görüşəcəklərini bildiriblər. Sonrakı danışıqların tarixi müəyyən edilməyib. Danışıqların başlıca mövzusu qiyamçıların tərksilah edilməsi və Himalay dövlətində monarxiyanın taleyi olub. Qeyd edək ki, sülh danışıqları may ayında kral Giyanendra tam hakimiyyəti güzəştə getməsindən sonra başlayıb. Hökumət Nepalın yeni konstitutsiyanı yazacaq parlamentə seçkilər keçirəcəyini vəd edib.
XS
SM
MD
LG