Accessibility links

ABŞ və Çin Şimali Koreyanı nüvə danışıqlarına qayıtmağa çağırıb


Birləşmiş Ştatların Dövlət katibi Kondoliza Rays bu gün Çində ölkə rəsmilərilə görüşüb. Xanım Rays və Çin rəsmiləri Şimali Korayanı altıtərəfli danışıqlara qayıtmağa çağırıblar.

Dövlət katibi Rays bu gün Pekində Çin prezidenti Hu Jintao və Çinin digər rəsmilərilə görüşüb. Bu görüşlərin Şimali Koreyanın oktyabrın 9-u nüvə sınağı keçirməsinə cavab olaraq BMT-nin tətbiq etdiyi sanksiyalarla bağlı Çinin narahatlıqlarını zəiflədəcə biləcəyinə ümid edilir. Kondoliza Rays Çin həmkarı Li Zhaoxing ilə görüşdükdən sonra deyib ki, onlar BMT-nin Şimali Koreyadan nüvə materiallarının çıxarılmasına tətbiq edilən qadağanın tamamilə yerinə yetirilməsinin əhəmiyyətini müzakirə ediblər.
Biz həmçinin altıtərəfli danışıqlar vasitəsilə müzakirələrə aparan yolun açıq olmasının əhəmiyyəti haqda danışdıq, çünki Prezident Hu və Prezident Buş bu promlemin diplomatik həllinə üstünlük verirlər.
Cənab Li isə bildirib ki, Pxenyanın nüvə sınağı ilə bağlı yaranmış böhranı dinc yolla həll etmək üçün digər ölkələr də fəaliyyət göstərməlidir. Çin Şimali Koreyaya ərzaq malları və yanacaq ixrac edən başlıca ölkədir və onun Pxenyana təsiri çoxdur. Çin BMT-nin saksiyalarını dəstəkləyib. Lakin Çin hökuməti sanksiyaların tətbiqindən sonra Şimali Koreyanın dağıla bilməsi və oradan da çox sayda qaçqının Çinə pənah gətirə biləməsindən narahatdır.

XS
SM
MD
LG