Accessibility links

Rəsmi Tehran: Iran BMT sanksiyalarına cavab verəcək


İran bildirib ki, o, BMT-nin nüvə proqramına qarşı sanksiyalarına cavab verəcək. İran Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Əli Hüseyni bu gün Tehranda bildirib ki, hər hansı bir BMT sanksiyası regional və beynəlxalq təsirlər doğuracaq. Tehranın konkret olaraq hansı addımlar atacağını açıqlamayan rəsmi, hökumətin “lazımi tədbirlər” görəcəyini bildirib. Qeyd edək ki, qarşıdan gələn günlərdə BMT Təhlükəsizlik Şurasında Tehrana qarşı məhdud sanksiyalar nəzərdə tutan qətnamə layihəsinin təqdimatı gözlənilir.
XS
SM
MD
LG