Accessibility links

Konqres seçkilərinə iki həftə qalır


Amerika Birləşmiş Ştatlarının Konqres seçkiləri kampaniyalarında İraq mövzusu əsas məsələ olaraq qalır. İctimai rəy sorğuları göstərir ki, münaqişənin səbəb olduğu narazılıqlar demokratların qanunvericiliyin iki aparatından heç olmasa birində qələbəsini təmin edə bilər. ABŞ prezidenti Corc Buş seçicilərin Amerika konresində əksəriyyəti respublikaçıların əlində salxlayacağına inandığını bildirib. Prezident Buş respublikaçıların seçkilərdə zəfər əldə edəcəyini deyib. ABC tele-şirkətinə müsahibə verən ABŞ prezidenti respublikaçıların amerikalıların müdafiəsi sahəsində demokratların heç vaxt görmədiyi işlər gördüyünü deyib. Corc Buş bildirib ki, onlar elektorata öz əməllərinin nailiyyətini çatdıra biləcəklər. Lakin apararıcı demokratlar İraq müharibəsinin səbəb olduğu narahatlıqların seçkilərin nəticələrindən məlum olacağını deyirlər. CBS tele-şirkətinə müsahibəsi zamanı Nyu-York sentatoru Çak Şumer dəyişiklik istəyi güclü olduğunu deyib. O bildirib ki, prezidentin təbliğ və respublikaçıların əksəriyyət təşkil etdiyi konqresin təsdiq etdiyi siyasət artıq qaneedici deyil. Respiblikaçıların özləri də İraq müharibəsinin seçkilər öncəsi mühüm məsələ olduğunu inkar etmir. Şimali Koralina ştatından senator Elizabet Dol onun bir sıra hərbi bazaların yerləşdiyi ştatında diqqətlərin bu məsələyə yönəldiyini deyib. Lakin xanım Dol bildirib ki, Amerika tarixi qanunvericilər seçilərkən insanların əsasən daxili məsələlərə üstünlük verdiyini göstərir. Newsweek jurnalının keçirdiyi sorğuları nəticəsi göstərib ki, amerikalıların yarıdan çoxu, yəni 55 faizi demokraların Konqresə nəzarət etməsini istəyir. lakin iki həftə vaxt qalan noyabrın 7-i seçkilərinə qədər keçiriləcək yarışların nəticələrə əks təsiri ola bilər. Belə ki, Senat uğrunda mübarizə olduqca yaxındır.

XS
SM
MD
LG