Accessibility links

ABŞ Şimali Koreyaya qarşı sanksiyaların tətbiqində Avstraliyanın köməyinə arxalanır


Vaşinqtonun Şimali Koreya üzrə baş elçisi deyir ki, Birləşmiş Ştatlar Pxenyanın nüvə sınağına görə cavabdeh tutulmasında Avstraliyanın roluna arxalanır. Amerika Dövlət Katibinin yardımçısı Kristofer Hill Sidneydə keçirilən forumda bildirib ki, Avstraliyanın hərbi bacarığı Şimali Koreyaya qarşı BMT sanksiyalarının icra olunmasında mühüm rol oynaya bilər. Rəsmi Kanberra BMT sanksiyalarının tərkib hissəsi kimi Şimali Koreyaya gedib-gələn gəmilərin yoxlanılması üçün artıq bir hərbi gəmi ayırıb.

XS
SM
MD
LG