Accessibility links

İraqda kamikadze hücumu həyata keçirilib


İraq polisinin bildirdiyinə görə. Bağdadda avtobusda baş verən intihar hücumu nəticəsində azı on nəfər həlak olub. Hücum şəhərin şiələrin çoxluq təşkil etdiyi ərazidə baş verib. Paytaxtda başqa bir neçə ölüm hadisəsi də baş verib ki, onların siyahısına bir yol polisinin qətli də daxildir.

ABŞ hərbiçilərinin verdikləri məlumata görə, koalisiya qüvvələri Bağdadda həyata keçirdikləri reydlər zamanı 8 üsyançı öldürülüb, 41-i isə ələ keçirilib. Məlumatda dünən Bağdadın şimalında intiharçı hücumu nəticəsində iki Amerika əsgərinin qətlə yetirildiyi də qeyd olunur.

Bu arada İraq polisi bildirib ki, Mosulda Əl Şərqiyyə televiziyasının operatoru qətlə yetirilib. İraqın baş naziri Nuri Əl Maliki bu gün Yaxın Şərqdəki ABŞ qüvvələrinin komandanı, general Con Abizaidlə görüşüb. İraq hökumətinin verdiyi məlumata görə Amerika generalı həmin görüşdə İraqda nailiyyətli olmaq barədə Prezident Buşun öhdəliyini təkrar edib.

XS
SM
MD
LG