Accessibility links

Hanoy zirvə görüşünün ticarət, demokratiya və nüvə gündəmi


Asiya və Sakit Okean hövzəsi iqtisadi Əməkdaşlığı Sammitinin ətrafında gedən danışıqların gündəmində həm də Şimali Koreya məsələsidir.

Bu gün Yaponiyanın baş naziri Şinzo Abe ilə danışıqlardan sonra ABŞ prezidenti Buş hər iki ölkənin altıtərəfli danışıqların uğuruna ümid etdiyini deyib. Pxenyana sanksiyaları nəzərdə tutan BMT qətnaməsinin ümumi prinsipləri ilə razı olduğunu bildirən Cənubi Koreya prezidenti Roh Moo Hyun isə bununla belə, ABŞ-ın irəli sürdüyü ideyaya əsasən nüvə texnologiyası daşıdığı güman edilən Şimali Koreya gəmilərinə müdaxilə planında ölkəsinin iştirak etməyəcəyini deyib.

Bu gün Prezident Buş ənənəvi radiomüraciətində Amerikanın Asiyadakı məsələlərlə hər zaman məşğul olacağını deyib. Belə ki, onun sözlərinə görə, Amerikanın maraqları Asiyada azadlıqların və imkanlartın artmasından asılıdır. Bu gün sammit çərçivəsində keçən görüşləri zamanı president Buş ASEAN ölkələrini Birmada və Taildandda azadlıqların təmin olunması üçün səy göstərməyə çağırıb.

Radiomüraciətində Buş ABŞ və Asiya xalqlarının enerji təhlükəsizliyini təmin etmək üçün yollar axtardıqlarını, həmçinin quş qripi ilə mübarizədə əməkdaşlıq etdiklərini söyləyib.

XS
SM
MD
LG