Accessibility links

İlham Əliyev danışıqların son mərhələyə yaxınlaşdığını deyib


Azərbaycan prezidenti İlham Əliyev Ermənistanla Dağlıq Qarabağ nizamlanması üzrə danışıqların son mərhələyə yaxınlaşdığını deyib.

O Ermənistan prezidenti Robert Köçəryan ilə Minskdə çərşənbə axşamı, MDB ölkələri sammiti çərçivəsində görüşüb.

Azərbaycan televiziyasına müsahibəsində cənab Əliyev Köçəryanla mövqelərin müxtəlif olduğu mövzuları müzakirə etdiyini deyib.

O danışıqların konstruktiv olduğunu bildirib. Prezident İlham Əliyev Azərbaycanın Ermənistan qoşunlarının çıxması və bir milyondan artıq qaçqının öz doğma evlərinə qayıtması ilə bağlı mövqeyinin dəyişmədiyini deyib.

Xəbərlərə əsasən, Ermənistan rəsmiləri də danışıqların pozitiv olduğunu deyib.

XS
SM
MD
LG