Accessibility links

Amerikanın səsinin baş məqaləsi: Azərbaycanda mediaya hücumlar


Bu məqalə Birləşmiş Ştatlar hökumətinin mövqeyini əks etdirir

Azərbaycan hökuməti ölkənin ən böyük və ilk müstəqil ANS televiziya və radio kanalının yayımını dayandırıb. ANS müntəzəm olaraq yerli , ölkə, dünya xəbərləri, eləcə də idman, əyləncə və uşaq proqramları ilə yanaşı, Amerikanın səsi, BBC və Azadlıq radiosunum verilişlərini də translyasıya edirdi.

Prezident İlham Əliyev hökuməti həmçinin Azərbaycanın müstəqil mətbuatını da məhdudşladırıb.

Birləşmiş Ştatlar Dövlət Departamentinin yazılı bəyanatında qeyd edilib ki, müstəqil ANS televiziya və radio verilişlərinin dayandırılması, müstəqil Azadlıq qəzeti və Turan informasiya agentliyinin binalarından çıxarılmasına göstəriş verməklə Azərbaycan hökuməti müstəqil jurnalistlərin işləməsinə ciddi maneə törədir.

Dövlət Departamentinin insan hüquqları barədə son hesabatında qeyd edilib ki, Azərbaycanın qanunları mətbuat azadlığını təminat altına alıb və xüsusilə senzuranı qadağan edib. Lakin hökumət əməldə buna hörmət etmir.

Dövlət Departamenti bildirir ki, hökumət kütləvi məlumat vasitələrini təhdid edir və sıxışdırır. Bundan ötrü əsasən difamasiya - şərəf və ləyaqətin təhqiri məsələsi ilə bağlı məhkəmə işləri və qadağa xarakteri daşıyan yüksək cərimələr istifadə edilir.

Mərkəzi Belçikanın paytaxtı Brüsseldə yerləşən Beynəlxalq Krizis Qrupu bildirib ki, ANS-ın bağlanması Dağlıq Qarabağ münaqişəsinin həlli variantlarının Azərbaycan ictimayyəti tərəfindən qəbul edilməsi üçün zəruri olan ictimai müzakirələrin və məlumatın yayılmasının qarşısını alacaq.

Birləşmiş Ştatlar Azərbaycan hökumətini demokratiya və mətbuat azadlığına dair üzərinə götürdüyü təəhhüdləri yerinə yetirməyə çağırır.

Bu, Birləşmiş Ştatların hökumətinin nöqteyi-nəzərini əks etdirən baş məqalə idi.

XS
SM
MD
LG