Accessibility links

Amerikanın beş tanınmış sənətçisi ölkənin ən yüksək fəxri adını aldı


Birləşmiş Ştatların beş tanınımış kino, musiqi və səhnə ustası ölkənin ən yüksək fəxri adına layiq görülüblər. Qruluşçu rejissor Stiven Spilberq, müğənnilər Dolli Parton və Smoki Robinson, dirijor Zubin Mehta və bəstəkar Endrü Lloyd Vebber incəsənətdə həyatı boyu əldə etdikləri nailiyyətlərə görə ABŞ-ın ən yüksək mükafatını alıblar. Prezident Buş və birincin xanım Lora Buş Kennedi mərkəzində xüsusi mərasimdən öncə sənətçiləri Ağ evə dəvət ediblər. Bundan öncə isə fəxri adı almış beş sənətçi Dövlət katibi Kondoliza Raysın verdiy nahar yenməyinə dəvət olunublar. Mükafaltarın təqdimatı mərasimi bu ayın sonunda CBS teleşirkəti tərəfindən yayımlanacaq.
XS
SM
MD
LG