Accessibility links

ABŞ prezidenti Dövlət Departamenti rəsmiləri ilə görüşüb


ABŞ prezidenti Corc Buş bu gün Dövlət Departamenti rəsmiləri ilə İraq siyasəti ilə bağlı görüş keçirib. Vitse-prezident Dik Çeyni, dövlət katibi Kondolizza Rays və digər rəsmilərlə görüşündən sonra təşkil edilən mətbuat konfransında prezident Buş deyib ki, İraq siyasətində dəyişikliklər edilməzdən əvvəl İraq Araşdırma Qrupunun 79 tövsiyyəsi ciddi şəkildə nəzərdən keçiriləcək. O bildirib ki, eyni zamanda Dövlət Departamenti, Pentaqon və Milli Təhlükəsizlik Şurasının rekomendasiyalarını gözləyir.

Prezidentin bu gün Ağ Evdə təqaüddəki üç general da daxil edilməklə, qeyri-hökumət təşkilatılarının ekspertləri ilə görüşü gözlənilir. Bu görüşün də diqqət mərkəzində ABŞ-ın İraqdakı siyasəti yer alacaq.

XS
SM
MD
LG