Accessibility links

Saparmurad Niyazovun tərcümeyi halı


Türkmənistanın sabiq prezidenti Saparmurad Niyazov 5 milyon vətəndaşı olan ölkədə sərt idarəçilik həyata keçirmiş, özünü ömürlük prezident elan etmiş və bütün müxalifəti darmadağın etmişdi.

Onun ölümünün elan olunmasının ardınca bu gün Türkmənistanda bayraqlar endirilmiş və dövlət rəsmiləri yeni il şənliklərini təxirə salmıjşlar.

Cənab Niyazov hakimiyyətə Türkmənistan hələ Sovet ittifaqının tərkibində olarkən 1985-ci ildə gəlmişdi. 6 il sonra Türkmənistan müstəqillik qazandıqdan sonra da o, nəzarəti öz əlində saxladı.

2002-ci ildə ona qarşı terror cəhdindən sonra 66 yaşlı hökmdar kütləvi repressiyalara başladı. O, həmçinin geniş şəxsiyyət kultu yaradaaq özünü Türkmənbaşı adlandırdı.

Türkmənistanda məktəblilər Niyazovun sitatlarını öyrnməyə məcbur edildilər. O, həmçinin aylardan birni öz adına, digərini isə anasının adına dəyişdi.

Prezident Niyazov ölkəsinin zəngin qaz yataqlarından istifad edərək hər yerdə özünə heykəllər qoydurdu və saraylar tikdiridi.
İnsan hüquqları qrupları onun hökumətini müxalifətçiləri həbsxanaya salmaqda və siyasi azadlıqları məhdudlaşdırmaqda ittiham etdi.
Birləşmiş Ştatlar məksəriyyəti müsəlman olan bu ölkədə jurnalistlərin və dini azlıqların repressiyalarına görə Türkmənistanı tənqid edirdi. Lakin Niyazovun hökuməti ABŞ-ın Əfqanıstanda apardığı müharibədə müttədfiq qismində çıxış edirdi.

XS
SM
MD
LG