Accessibility links

Həmas: Girov götürülmüş İsrail əsgərinin azad edilməsi sahəsində irəliləyiş var


İsrail Fələstin militantları tərəfindən Qəzzada girov götürülmüş israil əsgərinin azad edilməsi ilə bağlı danışıqlarda ciddi irəliləyişin olması haqda Hamasın dediklərini təkzib edir. Rəsmilər deyirlər ki, baş nazir Ehud Olmert bu gün yüksək rütbəli təhlükəsizilik rəsmilərilə görüşmüş və bu qənaətə gəlmişdir ki, Hamasın irəli sürdüyü tələblər ifrat xarakter daşıyır.

Fələstin silahlı qüvvləri İsraildən Gilad Şalitin qaytarılması əvəzində 1000-dən çox məhbusun azad edilməsini tələb edir. Dünən Həmas nümayəndəsi Misrin vasitəçilik etdiyi danışıqlarda irəliləyiş olduğunu bildirmişdi. Lakin İsrail bu iddianı inkar edir. Eyni zamanda İsrail Qərb Sahilində qoyulmuş yoxlama məntəqələrində iş rejimini yumşaltmağa başlayıb.

XS
SM
MD
LG