Accessibility links

Somalidə hökumət hərbi rejimin elan olunmasını istəyir


Somalinin müvəqqəti hökuməti qanunvericilərə paytaxt Moqadişuda 90 günlük hərbi rejim elan etmək haqqında qanunu təsdiqləmələri üçün təzyiq edir. Müvəqqəti hökumətin baş naziri Hüseyn Aydiid parlamentin elə cümə axşamı toplanaraq təklifi səsə qoymalı olduğunu deyib.

Moqadişuya nəzarət edən İslamçı qüvvələr paytaxtı ötən həftə tərk edərək üstünlüyü hökumət qüvvələrinə və onların efiopiyalı müttəfiqlərinə buraxıblar.

Hökumət və Efiopiya qüvvələri islamçı döyüşçüləri Somalinin cənubuna – Keniyaya doğru sıxışdırır. Keniya rəsmilərinin sözlərinə görə, 4 Efiopiya vertolyotu çərşənbə axşamı səhvən Keniyanın sərhəd postuna atəş açıb. İtkilər barədə məlumat yoxdur.

XS
SM
MD
LG