Accessibility links

Demokratların çoxluq təşkil etdiyi ABŞ konqresi ilk toplantısını keçirib


Bu gün demokratların çoxluq təşkil etdiyi ABŞ konqresi ilk toplantısını keçirib. Elə bu gün Amerika tarixində bu vəzifəyə yüksələn ilk qadın olaraq Nensi Pelosi and içərək aşağı palatanın spikeri vəzifəsinə başlayıb. O etdiyi çıxışında Amerika seçicilərinin İraq siyasətində dəyişiklik istədiklərini söyləyib və deyib ki, İraqın təhlükəsizliyini İraqlılar təmin etməlidirlər.

Onun spikerliye namizedliyinin elan olunması nümayəndələr palatasında alqışlarla qarşılanıb. Nümayəndələr Palatasına seçilmiş ilk müsəlman Keyt Eliason ayrıca, qeyri-rəsmi andiçmə mərasimində iştirak edib. Nümayəndələr Palatasının liderləri sessiyanın başlanğıcında daxili məsələlərin gündəlikdə olacağını bildiriblər . Bunlara 11 sentyabr hadisələrini araşdıran komissiyanın tövsiyələrinin qanun şəklində qüvvəyə minməsi, minimum əmək haqqının artırılması və sair məsələlər daxildir.

XS
SM
MD
LG