Accessibility links

ASEAN siyasi bloka çevrilir


Cənubi Şərqi Asiya ölkələrinin alyansı ASEAN-ın liderləri qurumun siyasi və iqtisadi bloka çüvrilməsinə razılıq veriblər. Liderlər 2015-ci ildə Cənbi Şərqi Asdiyada azad ticarət zonasının yaradılması məsələsini qarşılarına məqsəd qoyublar.

ASEAN liderlərinin Filippinin Sebu şəhərində keçiridikləri illik zirvə toplantısının başlıca mövzuları terrorla mübarizə və ticarət məsələləri olub. Onlar ASEAN-ı Avropa Birliyinə bənzər bir bloka çevirəcək xartiyanı da imzalayıblar.

ASEAN ölkələri həmçinin ilk dəfə olaraq reqionda terrora qarşı mübarizə paktı imzalayıblar. Bu sənəd Cənubi Asiya dövlətlərinə terror şübhəlilərinin və qeyri qanuni maliyyyə resurslarının sərhədlərdən keçməsinə qarşı tədbirlər görmək imkanı verəcək.

XS
SM
MD
LG