Accessibility links

Rays Yaxın Şərq problemini Britaniya liderlərilə müzakirə edir


Birləşmiş Ştatların Dövlət katibi Kondoliza Rays İraq və Yaxın Şərqdə sülh səyləri barədə danışıqlar aparmaq üçün Londondadır. Xanım Raysın Britaniyanın baş naziri Toni Bleyr və xarici işlər naziri Marqaret Beketlə keçiricəyi görüş zamanı onları Yaxın Şərqə yenicə bitirdiyi səfərinin nəticələri və İsraillə Fələstin arasında sülh danışıqlarının bərpası planları barədə məlumatlandıracağı gözlənilir. Londondan öncə Almaniyada olan Kondoliza Rays Yaxın Şərq üzrə kvartetin sülh prosesinin canlandırılmasına cəhd olaraq iki həftədən sonra Vaşinqontda görüş keçirəcəyini deyib. Bu arada, İsrailin Müdafiə nazirinin müavini Efraym Sneh deyib ki, İsrail və fələsinlinlilər danışıqlar bərpa olduqdan sonra iki il ərzində sülhə dair yekun razılıq əldə edə bilərlər.

XS
SM
MD
LG