Accessibility links

ABŞ-ın müdafiə naziri İraqda hərbi komandirlərlə görüşür


Birləşmiş Ştatların İraqdakı hərbi komandiri general Corc Keysi ölkəyə dair təhlükəsizlik planı ilə bağlı nikbin baxışlarını ifadə edib. General Corc Keysi deyib ki, Bağdadda təhlükəsizliyi təmin edəcək Amerika-İraq planı bu ilin ortalarında qüvvəyə minə bilər. General Corc Keysi bu açıqlamalrı Birləşmiş Ştatların müdafiə naziri Robert Geytslə Bəsrə şəhərində görüşdən sonra verib. Generalın sözlərinə görə, şərait əlverişli olsa, İraqa göndəriləcək 20 000-dən artıq əsgərin yay aylarında vətənə qayıtağa başlaması mümkün ola bilər. Lakin o deyib ki, təhlükəsizliklə əlaqədar yeni əməliyyatlar gələn 60-90 gün ərzində müəyyən bir nəticə verməlidir.

Müdafiə naziri Geytsin İraqa səfərinin məqsədi Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin komadirləri ilə görüşməkdir. Cənab Geyts İraqda vəziyyətin olduqca mühüm bir məqama yetişdiyini vurğulayraq, deyib ki, təhlükəsizliyin yaxşılaşdırılmasına nail olunmasa, bu, ABŞ-ın maraqları üçün fəlakətli ola bilər. Müdafiə naziri Geyts İraqda vəziyyəti habelə, qərargahı Bəsrədə olan Britaniya hərbi qüvvələrinin komandiri, general-mayor Conatan Şou, eləcə də Polşa, Avstraliya, Danimarka və Macarıstan hərbi qüvvələrinin komandirləri ilə müzakirə etmişdir.

Bu, Robert Qeytsin keçən ay müdafiə naziri olandan sonra İraqa ikinci, prezident Buşun İraqla bağlı strategiyanı elan etməsindən sonra ölkəyə ilk səfəridir. Robert Qeyts İraqa ABŞ-ın İraqla bağlı planına dəstək qazanmaq məqsədilə Səudiyyə Ərəbistanı, Qatar və Bəhreynə səfərindən sonra getmişdir.

XS
SM
MD
LG