Accessibility links

ABŞ nümayəndəsi Şimali Koreya ilə maliyyə sanksiyalarını müzakirə edir


ABŞ Xəzinə Departamentinin nümayəndəsi Pxenyanın maliyyə vəsaitlərinə tətbiq edilən sanksiyaları Şimali Koreya rəsmiləri ilə müzakirə etmək üçün Çinə gəlib. Xəzinə Departamentinin müavin yardımçısı Daniel Qleyser bu gün Şimali Koreyalıların sanksiyalara son qoyulması haqda xahişini nəzərdən keçirəcək.

Vaşinqton 2005-ci ildə Makauda yerləşən bankı Şimali Koreyanın istehsal etdiyi saxta pulları yumaqda günahlandıraraq, onun fəaliyyətinə məhdudiyyətlər qoyub. Pxenyan altı-tərəfli danışılqarın bərpa edilməsi üçün bu sankisyların ləğvini tələb edir. Vaşinqton isə sanksiyaların danışıqlarla əlaqəli olmadığını bildirir.

XS
SM
MD
LG