Accessibility links

Fələstin fraksiyaları arasında atəşkəs barədə razılıq əldə edilib


Rəqib Həmas və Fətah fraksiyaları arasında gedən 5 günlük döyüşlərdən sonra əldə edilən atəşkəs Qəzza şəhərinə sakitlik gətirib. Fəlsətinin təhlükəsizlik rəsmiləri bu gün atəşkəsin qüvvəyə minməsindən sonra heç bir ciddi pozuntunun qeydə alınmadığını bildirirlər.

Atəşkəsi elan edən Həmasın xarici işlər naziri Mahmud Zəhar tərəfləri girovların azad edilməsinə, yolların təmizlənməsinə çağırıb. Xatrıladaq ki, Həmas və Fətah arasındakı əvvəlki atəşkəs tez bir zamanda pozulmuşdu.

Bu gün Fələstin prezidenti Mahmus Abbas Misrir prezidenti Hüsnü Mübarəklə görüş keçirib. Cənab Abbas Fətahla Həmasın birlik hökuməti qurmaq razılığına gələcəklərinə ümid etdiyini deyib.

XS
SM
MD
LG