Accessibility links

ABŞ Senatı general Corc Keysinin nominasiyasını müzakirə edir


ABŞ Senatının silahlı qüvvələr komitəsi general Corc Keysinin quru qüvvələrinin qərarqah rəisi vəzifəsinə nominasiyasının təstiqi barədə dinləmələr keçirir.

Arizona ştatından respublikaçı senator Con Makkeynin Prezident Buşun İraqdakı strategiyası barədə sualına cavabında general Keysi deyib ki, təriqətlərarası zorakılıqları dayandırmağa kömək üçün Prezidentin İraqa beş əlavə briqada göndərmə planı kifayətdir. Senator Makkeyn general Keysinin İraqdakı ABŞ qüvvələrinin keçmiş komandanı kimi verdiyi qərarları tənqid edib. O deyib ki, İraqdakı müharibənin gedişi haqda general Keysi tərəfindən Konqresə dəqiq məlumat verilməyib.

Bəzi qabaqcıl demokrat və respublikaçı senatorlar Prezidentin İraqa əlavə qoşun göndərmə planının qarşısını almaq üçün bir neçə qanun layihəsi üzərində işləyirlər.

XS
SM
MD
LG