Accessibility links

Fətah və Həmas döyüşçüləri Qəzzə şəhərinin küçələrindən çəkilir


Fələstinin rəqib fraksiyalarına mənsub döyüşçülər atəşkəs haqda son razılığa əməl olunması üçün Qəzzə şəhərinin küçələrindən çəkilməyə balayıb. Qəzzə zolağından alınana məlumatlara əsasən, Həmas və Fətahın döyüşçuləri həmçinin girovları ada azad edir. Bundan öncə hakimyyət uğrunda mübarizə qruplar arasında atəşkəs haqda razılığına baxmayaraq, Fətah və Həmas döyüşçüləri Qəzzə şəhərində vaxtaşırı döyüşlər aparıb. Fətahın lideri olan fələstinlilərin prezidenti Mahmud Abbasın Qəzzədəki ofisi yaxınlığında partlayışlar olub. Fələstin mediyasının məlumatlarında Fətah rəsmisi Məhəmməd Dəhlanın qohumunun ələ keçirildiyi bildirilmişdi.
XS
SM
MD
LG