Accessibility links

Demokratlar prezident Buşun Büdcə layihəsini tənqid edirlər


Prezident Konqresə 2.3 trilyon dollarlıq büdcə layihəsini təqdim etdikdən bir gün sonra qanunvericilər layihənin müzakirəsinə başlayıblar.

Senatın silahlı qüvvələr komitəsində bu gün başlanan dinləmələrdə cənab Buşun təqdim etdiyi layihənin hərbi xərclər bölməsi müzakirə olunur.

Layihə 500 milyard dollarlıq ümumi hərbi xərclərə əlavə olaraq İraq və Əfqanıstanda hərbi əməliyyatlar üçün 245 milyard dollar ayrılmasını nəzərdə tutur.

Bu gün Vaşinqton yaxınlığında keçən görüşdə prezident Buş bildirib ki, onun büdcə layihəsində əsas prioriteti Amerika xalqını terrorçulardan müdafiə etməkdir. O həmçinin iqtisadi artım üçün vergilərin azaldılmasının vacibliyini önə çəkir. Cənab Buş bildirib ki, onun 5 il ərzində büdcəni balanslaşdırmaq planı vergi artımını nəzərdə tutmur. Prezidentin irəli sürdüyü büdcə layihəsi yerli səhiyyə və təhsil proqramlarına ayrılan xərclərin azalmasını nəzərdə tutur.

Demokratların layihəyə reaksiyası olduqca kəskin olub. Senat və Nümayəndələr palatasının büdcə komitələrinin rəhbərləri cənab Buşun büdcə layihəsinin ölkəni yanlış istiqamətə sürüklədiyini deyiblər.

XS
SM
MD
LG