Accessibility links

Mahmud Əhmədinejad Tehranın nüvə proqramını dayandırmayacağını deyir


Bu gün İran prezidenti Mahmud Əhmədinejad Tehranın nüvə proqramını dayandırmayacağını deyib. Əhmədinejad bu bəyanatı 1979-cu il İran İslam İnqilabının 28-ci ildönümü münasibətilə meydana toplaşan on minlərlə nümayişçi qarşısında verib.

İran prezidenti Tehranın nüvə danışıqlarına hazır olduğunu deyib, lakin heç bir güzəşt təklif etməyib. Bəzi analitiklər İranın minlərlə sentrifuqa quraşdırmasını élan edəcəyini gözləyirdi. Lakin cənab Əhmədinejad deyib ki, İranın nüvə enerjisi əldə etmək istiqamətində uğurları aprelin 9-a qədər ictimaiyyətə açıqlanacaq.

İranın nüvə danışıqlarındakı baş nümayəndəsi Əli Laricani isə bu gün Münxendə deyib ki, Tehran BMT nüvə enerjisinə nəzarət agentliyi ilə arasındakı mübahisələrə son qoymaq üçün danışıqlara hazırdır. BMT-Təhlükəsizlik Şurası İranın fevralın 21-dək uranın zənginləşdirilməsini dayandırmaycağı təqdirdə sanksiyaların tətbiqi barədə qərar qəbul edib.

XS
SM
MD
LG